Britaniyanın 6 qırıcısı patrul xidməti üçün Rumıniyaya gəldi

 19:41 27.03.2024     234

Britaniya Kral Hərbi Hava Qüvvələrinin altı "Eurofighter Typhoon" qırıcısı Rumıniyanın 57-ci “Mihail Kogalniceanu” aviabazasına eniş edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Aviabazaya gələn Britaniya kontingenti təxminən 200 hərbçidən - pilotlar və texniki heyətdən ibarətdir.

Qarşıdakı dörd ayda NATO komandanlığı altında Rumıniya Hərbi Hava Qüvvələri ilə birlikdə Gücləndirilmiş Hava Polisi missiyalarını yerinə yetirəcəklər.

Bu, 2017, 2018, 2021 və 2022-ci illərdə Rumıniya hava məkanında patrulluq etmək üçün burada olan britaniyalı pilotların “Mihail Kogalniceanu” aviabazasına beşinci rotasiyasıdır.

Qeyd edək ki, NATO-nun hava hücumundan müdafiə proqramı 1961-ci ildə yaradılıb. Rumıniyada bu proqram ölkənin alyansa qoşulduğu 2004-cü ildən qüvvədədir. Ölkədə patrul missiyaları Rumıniya Hərbi Hava Qüvvələri tərəfindən hər 4-6 aydan bir bir-birini dəyişən NATO ölkələrindən birinin dəstəsi ilə birlikdə həyata keçirilir. Bu qüvvələr qrupuna 4-6 təyyarə və 150-250 hərbçi daxildir.

Turan İSMAYIL