Almaniya vətəndaşlığı almaq istəyənlərin nəzərinə - Yeni QAYDA
Almaniya vətəndaşlıq imtahanına Holokost və İsrail tarixi ilə bağlı suallar əlavə edəcək.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Nensi Feserd bildirib.
"Almaniyanın bəşəriyyətə qarşı cinayəti - Holokost - yəhudilərin və İsrail dövlətinin müdafiəsi üçün bizim üzərimizə xüsusi məsuliyyət qoyur".
Feser əlavə edib ki, Almaniya vətəndaşı olmaq istəyən hər kəs bu hissləri bölüşməlidir.
Yusif EYVAZLI