Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
Ermənistan hakimiyyəti KTMT Parlament Assambleyasının Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.
Redaktor.az xəbər verir ki, bu barədə respublika parlamentinin spikerinin mətbuat katibi Nelli Qulyan bildirib.
Onun sözlərinə görə, “İrəvan KTMT-nin təklifini rədd edib, çünki dövlət təşkilatda iştirakını dondurub.
Qulyan Ermənistanın Moskva vilayətində terror aktı ilə bağlı bəyanata qoşulmaqdan imtina etməsini sırf KTMT ilə bağlı məsələlərlə əlaqələndirib. O vurğulayıb ki, respublika rəhbərliyi “Crocus City Hall”da baş vermiş faciə ilə bağlı dəqiq mövqe nümayiş etdirib. Xüsusilə parlamentin spikeri Alen Simonyan öz “Telegram” kanalında başsağlığı verib. (oxu.az)