Cənubi Koreya Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq etdi
Cənubi Koreya Şimali Koreyanın informasiya texnologiyaları işçilərini xaricə göndərmək və xarici valyuta almaq əməliyyatlarına görə iki hüquqi və dörd fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, onların arasında Rusiyada qeydiyyatdan keçmiş şirkət və Şimali Koreya banklarının Vladivostokdakı nümayəndələrinin olduğu aydınlaşdırılır.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin məlumatına görə, hüquqi şəxslər Koreya Xalq Demokratik Respublikasındən xaricə mütəxəssislərin göndərilməsi ilə, fiziki şəxslər isə çirkli pulların yuyulması və digər “qanunsuz maliyyə fəaliyyətləri” ilə əlaqəli olublar. Səlahiyyətlilər hesab edir ki, bu şəxslər sanksiyalardan yan keçməyə də kömək ediblər.
Humay İSGƏNDƏRLİ