NATO Rusiya ilə müharibəyə hazırlaşır - Rəsmi Moskva

 09:56 28.03.2024     162

NATO-nun Qara dəniz regionunda və Şərqi Avropada aktiv fəaliyyəti alyansı Rusiya ilə mümkün toqquşmaya hazırlamaq məqsədi daşıyır.

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi Moskva NATO-nun Polşa və Baltikyanı ölkələrdə yerləşən imkanlarının güclənməsini görür.

Xarici İşlər Nazirliyi vurğulayır ki, alyansın bu cür fəaliyyəti təxribat xarakteri daşıyır, Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdidlər əlavə edir və onun sərhədlərinin perimetri boyunca hərbi gərginlik yaradır.

Humay İSGƏNDƏRLİ