Məhbuslar üsyan qaldırdı
Ekvadorlu məhbuslar ölkənin qərbindəki Quayas əyalətində yerləşən həbsxanada iğtişaşlar törədiblər.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, ölkənin hakimiyyət orqanları vəziyyəti nəzarət altına ala bilib.
İğtişaşlar Los Çoneros dəstəsinin Fito ləqəbli liderinin yanvar ayında qaçdığı həbsxanada baş verib. Məhkumların sözlərinə görə, hazırkı iğtişaşlar həbsxana əməkdaşlarının cəza çəkən şəxslərə qarşı kobud rəftarından qaynaqlanıb.
Humay İSGƏNDƏRLİ