Xavi jurnalisti məhkəməyə verdi

 12:26 28.03.2024     192

“Barselona”nın baş məşqçisi Xavi “El Pais” və “Cadena SER”in jurnalisti Manuel Jaboisi məhkəməyə verib. 

Redaktor.az xəbər verir ki, buna səbəb jurnalistin 2018-ci ildən bəri çalışdırıcı haqqında kobud fikirlər yazması olub. 

Xavi Manuel Jaboisinin yazılarını yalan və onun şərəfinə təhqir hesab edib. Ona görə də baş məşqçi qanuni addım atmaq qərarına gəlib. 

Qeyd edək ki, oktyabr ayından etibarən Xavi mətbuat konfranslarında media nümayəndələrini tənqid edirdi.