Latviyanın xarici işlər naziri istefa verdi
Latviyanın xarici işlər naziri Krisjanis Karins istefa verib və aprelin 10-da vəzifəsini tərk edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə rus.lsm.lv portalı məlumat yayıb.
Bildirilib ki, respublikanın xarici siyasət idarəsinin rəhbəri Latviyanın Baş naziri Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb. Seym (parlament) aprelin 11-də yeni xarici işlər nazirinin namizədliyinə səs verəcək.
Turan İSMAYIL