"Hizbullah" döyüşçüləri İsraildə tabor qərargahını atəşə tutdu
“Hizbullah” şiə milislərinin dəstələri ölkənin şimalında üç sərhəd bölgəsində İsrail hərbçilərinin mövqelərinə hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə birləşmənin "Telegram" kanalında yerləşdirilmiş hərbi hesabatında deyilir.
“İslam müqaviməti döyüşçüləri Livan əhalisinin məskunlaşdığı ərazilərə son iki gündə aqressiv hücumlara cavab olaraq Limandakı düşmən qüvvələrinin bir batalyonunun qərargahını artilleriya mərmilərindən atəşə tutublar”, - mətndə qeyd edilir.
Məlumata görə, şiə döyüşçüləri Gorin və Şlomi yaşayış məntəqələrinə də çoxsaylı reaktiv yaylım atəşi açıblar.
"Janoubia" xəbər portalının məlumatına görə, martın 27-də Livanın cənubunda İsrailin bombardmanı nəticəsində "Hizbullah", şiə Əməl hərəkatı və sünni Əl-Cəmaə əl-İslamiyyə qruplaşmasına mənsub 16 nəfər həlak olub. Mülki sakinlər arasında 7 yaralı var.
Turan İSMAYIL