BMT Böyük Britaniyanı buna görə ittiham etdi
BMT-nin İnsan Haqları Komitəsi Böyük Britaniyada qaraçılara və Afrika əsilli insanlara qarşı ayrı-seçkilikdən narahatlığını bildirib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrası ilə bağlı Londonun hesabatını araşdıran ekspertlər bu qənaətə gəliblər ki, ölkədə sistemli irqçilik davam edir.
Ekspertlərin hesabatında deyilir:
"Komitə qaraçılara, səyahətçilərə, Afrika mənşəli insanlara və digər azlıq qruplarına qarşı irqi bərabərsizliklərin və ayrı-seçkilik tətbiqlərinin böyük ölçüdə diqqətdən kənarda qalması və artmaqda olduğu barədə məlumatlardan narahatdır”.
Mütəxəssislər Britaniya hakimiyyət orqanlarına irqi və etnik ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması, mübarizə və aradan qaldırılmasında daha fəal olmağı tövsiyə ediblər.
Yusif EYVAZLI