Əfqanıstanda güclü zəlzələ baş verdi

 20:17 28.03.2024     318

Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Seysmologiya Mərkəzi məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Əfqanıstanın Almatı şəhərindən 861 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələnin ocağı 120 kilometr dərinlikdə olub.

Qazaxıstan ərazisində zəlzələ hiss olunmayıb.