"Paşinyan son illərin tarixini təhrif edir" - Lavrov

 20:43 28.03.2024     306

"Ermənistanın baş naziri Nikol Paşinyan son illərin tarixini təhrif edir və Rusiya hərbçilərini və KTMT-ni ləkələyir".

Redaktor.az xəbər verir ki, o , bu barədə "izvestiya"ya müsahibəsində bildirib.

“Ermənistanda mən artıq mövcud vəziyyəti şərh etməli oldum. Bu, şübhəsiz ki, optimizmi ruhlandırmır. Ermənistan rəhbərliyi son illərin tarixini təhrif edərək, uydurma bəhanələrlə bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır”, - Lavrov bildirib.

Lavrov son bir neçə ildə Azərbaycanla münaqişənin tarixinin Paşinyan və onun parlamentariləri tərəfindən təhrif edildiyi qənaətinə gəlib.

Yusif EYVAZLI