Ukraynada yenidən hava hücumu xəbərdarlığı

 23:13 28.03.2024     254

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə rəsmi bildiriş resursundan məlumat verilib.

Sumı, Xarkov və Poltava vilayətində sirenlər səslənməyə başlayıb.

Bundan əvvəl bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilmişdi və sonra ləğv edilib.

Yusif EYVAZLI