Papa qadın məhbusların ayaqlarını yuyub öpdü - FOTO

 23:58 28.03.2024     266

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində qadın məhbusların ayağını yuyub.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa “Müqəddəs Cümə axşamı” kimi tanınan gündə Romadakı Rebbibia həbsxanasına gedərək orada 12 qadın məhbusun ayaqlarını yuyub və öpüb.

Papanın ayaqlarını yuduğu məhbusların italyan, rus, bolqar, nigeriyalı, ukraynalı, perulu və bosniya-herseqovinalı olduğu bildirilir.

Qeyd edək ki, xristian inancına görə çarmıxa çəkilməmişdən bir gün öncə 12 həvarisinin ayaqlarını yuyan İsa peyğəmbər sevgi və təvazökarlığa önəm verib. Katolik kilsəsi də bunu rituala çevirib. (qafqazinfo)