Ərdoğanın müavini vəfat etdi
Türkiyədə hakim AK Partinin (Ədalət və İnkişaf Partiyası) araşdırma, inkişaf və təhsil məsələləri üzrə sədr müavini Osman Karaaslan vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “X”də yazıb.
O, mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, O.Karaaslan uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
O, müalicə aldığı xəstəxanada vəfat edib.