“Crocus” terroruna görə bu ölkədə daha 9 nəfər saxlanıldı
Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları “Crocus City Hall”da terror aktı və “İslam Dövləti” terror təşkilatının qolu olan “Xorasanda İslam Dövləti” qruplaşması ilə əlaqəsi olduğu iddia edilən 9 nəfəri saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" Tacikistanın güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 9 nəfərin hamısı martın 25-də Vəhdət şəhərində saxlanılaraq Düşənbəyə aparılıb.