Rusiyadan İsrailə sərt ETİRAZ: "Təhlükəli nəticələri var"

 19:38 29.03.2024     256

Rusiya İsrailin Suriyanın Hələb yaxınlığındakı müxtəlif hədəflərə aviazərbələr endirməsini kəskin şəkildə pisləyir və bu, Suriyanın suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozur.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bir daha vurğulayırıq ki, Suriyaya qarşı bu ölkənin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasını təşkil edən bu cür təcavüzkar hərəkətlər qəti şəkildə qəbuledilməzdir. Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə kəskinləşməsi şəraitində son dərəcə təhlükəli nəticələrlə doludur”.

Turan İSMAYIL