Fransa həbsxanalarındakı məhbusların sayı rekord həddə çatdı
Fransa həbsxanalarındakı məhbusların sayı penitensiar müəssisələrin maksimum tutumunu demək olar ki, dörddə bir dəfə üstələyib və növbəti dəfə rekord qırıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, il ərzində məhkumların sayı 4,4 min nəfər artaraq 76,7 min nəfərə çatıb və növbəti rekorda imza atıb. Eyni zamanda, Fransa həbsxanalarının maksimum tutumu 61,6 min nəfərdir.
Kameralarda həddindən artıq sıxlıq səbəbindən 3 mindən çox məhbus döşəmədəki döşəklərdə yatmağa məcburdur, halbuki 2023-cü ildə bu rəqəm 2 min nəfərdən bir qədər çox idi.
Yusif EYVAZLI