İsrail HƏMAS ilə danışıqları bərpa edəcək

 21:03 29.03.2024     236

İsrail Qəzzada girovların azad edilməsi ilə bağlı HƏMAS-la danışıqların yeni mərhələsinə razılaşıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, mesaj İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin saytında dərc edilib.

Netanyahu girovların azad edilməsi üçün danışıqların növbəti mərhələsini təsdiqləyib. Baş nazir həbsdə olan İsrail vətəndaşları ilə bağlı Mossad rəhbərliyi və İsrail Təhlükəsizlik Agentliyi ilə müzakirə aparıb. Siyasətçi danışıqları bərpa etmək üçün Qahirə və Dohaya nümayəndə heyətinin göndərilməsini təsdiqləyib.

Yusif EYVAZLI