Amerikalı jurnalist Haitidə oğurlandı
Amerikalı jurnalist Edison Pyer Maaluf Haitidə oğurlanıb və onun azadlığa buraxılması üçün 600 min dollar fidyə tələb olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Haiti24 portalı məlumat yayıb.
Belə ki, Maaluf martın 14-də Krua-des-Buke şəhərində yerli quldurların lideri, “Barbekyu” ləqəbli Cimmi Çerizye ilə müsahibəyə gedərkən oğurlanıb.
Qeyd olunub ki, jurnalist tez-tez quldur dəstələrinin və narkotik kartellərinin fəaliyyətini işıqlandırır.
Onu oğurlayan “400 Mavozo” dəstəsinə artıq 40 000 ABŞ dolları ödənilmişdi, lakin onlar daha böyük məbləğ tələb edirlər.