Qəzzanın azyaşlı tibb işçisi - VİDEO
12 yaşlı fələstinli Zəkəriyyə əl-Sersak, Qəzza zolağındakı Əqsa Şəhidləri Xəstəxanasında səhiyyə işçilərinə kömək etmək üçün könüllü çalışır.
Redaktor.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Jurnalistlərin “Zeko” adlandırdığı azyaşlı oğlan öz xahişi ilə həkimlərə kömək etmək istədiyini bildirib.
Balaca “Zeko”nun müsahibəsini təqdim edirik: