Türkiyə ABŞ-dan F-16 qırıcılarının alışını azalda bilər
Türkiyə ABŞ-dan F-16 qırıcılarının alışını azalda bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.
Buna səbəb kimi Türkiyənin yerli istehsal KAAN qırıcılarının yaradılması göstərilir. Təyyarələrin kütləvi istehsalına 4 ildən sonra başlanılacaq.
Qeyd edək ki, Ankara Vaşinqtondan 40 yeni F-16 Blok-70 və 79 mövcud qırıcının modernləşdirilməsini tələb edib