"Putin sülh danışıqları aparmaq istəmir"
Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynadakı müharibənin tezliklə bitəcəyinə ümid etmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, “Funke” media qrupuna müsahibəsində danışıb.
“Putinin müharibəsinin vəhşiliyinin həddi-hüdudu yoxdur", - nazir deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin sülh danışıqları aparmaq istəmir.
“O, rasional arqumentlərdən və humanist dəyərlərindən uzaq olduğunu açıq şəkildə bildirir. Və o, mütləq danışıqlar aparmaq istəmir”, - Burbok bildirib.