Sabah Türkiyədə nələr qadağa olunacaq?
Xəbər verdiyimiz kimi, sabah Türkiyədə keçiriləcək bələdiyyə seçkilərlə əlaqədar ölkə ərazisində bir sıra qadağalar tətbiq olunacaq.
Redaktor.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, sabah saat 06:00-dan 00:00-dək ölkənin hər yerində spirtli içkilərin satışı və istifadəsi qadağan edilib. Bununla yanaşı, əsasən kişilərin sıx toplaşdığı internet-kafe, çay evləri fəaliyyət göstərməyəcək. İstirahət mərkəzlərində isə yalnız yemək veriləcək.
Xatırladaq ki, seçkilərdə 34 siyasi partiya iştirak edəcək. Ümumilikdə 64 milyon 441 mindən çox şəxs səsvermə hüququna malikdir.