Dağıstanda antiterror əməliyyatı keçirilir

 10:05 31.03.2024     276

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) xüsusi təyinatlıları Mahaçqala və Kaspiyskdə yaşayış binalarının bir neçə mənzilində silahlı terrorçuların fəaliyyətinin qarşısını alıblar.

Redaktor.az xəbər verir ki, Dağıstanın təhlükəsizlik orqanları əməliyyat-axtarış tədbirləri zamanı terrorçuluq fəaliyyətində iştirak edən silahlı şəxslərin harada olması barədə məlumat alıblar. Bu gecə onlar FSB xüsusi təyinatlıları Mahaçqala və Kaspiysk şəhərlərinin yaşayış massivlərində bir neçə mənzili mühasirəyə alıblar. Bitişik evlərin sakinləri təxliyə ediliblər.

Yaraqlıların aşkar olunduğu ərazidə terrorla mübarizə əməliyyatı üçün qanuni rejim tətbiq edilib.