Türkiyədə zəlzələ oldu
Türkiyənin kurort zonası Antalyada 4,2 bal maqnitudada zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, AFAD məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 13:38-də (Bakı vaxtı ilə saat 14:38) Kaş rayonunda qeydə alınıb. Zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.