Rusiyalı idmançı yarış zamanı vəfat etdi

 21:30 31.03.2024     245

Skeytross üzrə Rusiya çempionu Roman Boqrets martın 30-da keçirilən yarışda ağır xəsarət alıb və dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Roller İdmanı Federasiyası məlumat yayıb.

“Təəssüf ki, martın 30-da Sankt-Peterburqda kross üzrə keçirilən yarışda Roman ölümcül xəsarətlər alıb. Bu qəzanın acı nəticəsi bizim hamımız üçün sürpriz və şok oldu”, - deyə Federasiyadan əlavə ediblər.