"İstədiyimiz nəticəni qazana bilmədik" - Ərdoğan
"AK Parti seçkiyə ciddi şəkildə hazırlaşsa da, təəssüf ki, yerli özünüidarə orqanlarına seçkilərdə istədiyimiz nəticəni qazana bilmədik. Nəticə belə oldu, hər şeydə bir xeyir var”.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada xalqa müraciətində deyib.
O əlavə edib ki, seçki prosesini demokratiyaya yaraşan bir şəkildə tamamlanıb:
“Buna kölgə salacaq heç bir hadisə yaşanmadı. Bu seçkinin qalibi demokratiyamızdır. Bu yolu bərabər addımlayacağıq. Kim nə deyirsə-desin. Bu, son 22 ildə 18-ci sandıq imtahanımız oldu. Həmişə də öhdəsindən gəldik, bundan sonra da belə olacaq”.
Ərdoğan bildirib ki, bu seçkilərdə demokratiya qalib gəlib.
Qeyd edək ki, bu dəqiqələrə qədər Türkiyədə seçki qutularının 94.5 faizi açılıb. Nəticələrə əsasən CHP 37.43, AKP 35.69, YRP 6.09, DEM Parti 5.60, MHP 4.92, digərləri isə ümumilikdə 10.28 faiz səs toplayıb.