"Ermənistanın NATO-ya daxil olmaq planı yoxdur"
“Ermənistan və Rusiya “eyni dildə danışmır”, onların arasında fikir ayrılıqları var”.
Redaktor.az xəbər verir ki, bunu - Ermənistanın Xarici İşlər Naziri (XİN) Ararat Mirzoyan Argentinanın “Todos Noticias” nəşrinə müsahibəsində deyib.
"Ölkələr arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir, təhlükəsizlik sahəsində yaxşı əlaqələr qorunur. Amma bu da bir həqiqətdir ki, bu gün bizim fərqli düşüncələrimiz var. Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək olmaz", - XİN rəhbəri qeyd edib.
Nazir Ermənistanın NATO ilə münasibətlərinə də toxunub: “İrəvan alyansla qarşılıqlı əlaqədədir, lakin təşkilata daxil olmaq planları yoxdur, bu məsələ gündəmdə deyil”.