Paşinyan nazir müavinini işdən çıxardı
Ermənistanın iqtisadiyyat nazirinin müavini Aşxen Şirvanyan tutduğu vəzifədən azad edilib.
Redaktor.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın müvafiq sərəncamı hökumətin rəsmi portalında dərc olunub.
O, bu vəzifəyə 2023-cü il aprelin 18-də təyin edilmişdi.