Hakan Fidan Lavrovla müzakirələr apardı

 18:44 01.04.2024     228

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq zamanı regional məsələlər və Qara dənizdə naviqasiya təhlükəsizliyi müzakirə olunub.