Rusiyanın bu vilayətində raket təhlükəsi elan olundu

 19:45 01.04.2024     254

Rusiyanın Belqorod şəhəri və Belqorod vilayətində raket təhlükəsi sirenləri işə düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

"Belqorod və Belqorod vilayətində raket təhlükəsi sirenası işə salınıb", - məlumatda deyilir.

O, yerli sakinləri evdə olduqları halda pəncərələrə yaxınlaşmamağa çağırıb.

"Möhkəm divarları olan pəncərələri olmayan otaqlara (dəhliz, vanna otağı, tualet, kiler) sığınmaq lazımdır", -  Qladkov deyib.

Region rəhbəri əlavə edib ki, küçədə olanlar sığınacaq və ya başqa təhlükəsiz yerə getməlidirlər.

Turan İSMAYIL