Ukrayna qrivnası ən zəiflər arasında 7-ci oldu
Ötən mart ayında Ukrayna qrivnası dünyanın ən zəif valyutalarının reytinqində yeddinci yeri tutub.
Redaktor.az xəbər verir ki, bu barədə ukraynalı iqtisadçı Andrey Şevçişin öz feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, 2024-cü ilin martında Ukrayna qrivnası ABŞ dollarına nisbətdə 2,65% dəyər itirib. Eyni reytinqdə birinci yeri 35% ucuzlaşan Misir funtu tutub. Dollara nisbətdə artımda liderlər Nigeriya nairası və Keniya şillinqi olub.
Rəsmi qrivna məzənnəsinin enişinin pik nöqtəsi martın 19-da baş verib. Həmin gün Ukrayna valyutasının məzənnəsi tarixi minimuma düşüb - 1 dollar üçün 39,13 qrivna. Aprelin 1-nə qrivnanın məzənnəsi 1 dollar üçün 38,99 təşkil edir.
Turan İSMAYIL