İsrail ordusu "Hizbullah"a qarşı döyüş planlarını təsdiqlədi
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Livanın şiə "Hizbullah" hərəkatı ilə qarşıdurmanın təxminən altı aydır davam etdiyi ölkənin şimal sərhədlərində hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu gün (1 aprel - red.) Baş Qərargah rəisi şimal komandanlığının qərargahında komandir və Baş Qərargah üzvləri ilə görüş keçirib, orada hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib və vəziyyəti qiymətləndirib. ”, - deyə məlumatda bildirilir.
İsrailin şimal sərhədlərində mütəmadi olaraq Livandan raket və minaatan hücumları baş verir, İsrail ordusu buna artilleriya və aviasiya atəşi ilə cavab verir. Ordunun mətbuat xidmətinin məlumatına görə, "Hizbullah" obyektləri hədəfə alınır. 80 mindən çox israilli sərhəd bölgələrindən təxliyə edilib. Ordunun mətbuat xidməti qeyd edir ki, “Hizbullah"ın Livandakı Litani çayının cənubunda hərbi fəaliyyəti, o cümlədən silahların istifadəsi və saxlanması BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin birbaşa pozulmasıdır.
Turan İSMAYIL