"Süni intellektin inkişafı bəşəriyyətin ölümünə səbəb ola bilər" - Mask
"Süni intellektin (AI) inkişafı 10-20% ehtimalla bəşəriyyətin ölümünə səbəb ola bilər".
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bunu amerikalı milyarder və sahibkar İlon Mask deyib.
“Düşünürəm ki, onun bəşəriyyəti məhv edəcəyi ehtimalı var. Mən yəqin ki, İngiltərə-Kanadalı süni intellekt üzrə alim Geoffrey Hinton ilə razılaşardım ki, bu, 10%, 20% və ya daha çoxdur", - o bildirib.
Bununla yanaşı, iş adamı hesab edir ki, bu cür texnologiyaların inkişafı hələ də davam etdirilməyə dəyər, çünki bu məsələdə müsbət ssenarilər mənfi olanları üstələyir.
Yusif EYVAZLI