Ruslar Qara dəniz üzərində altı Ukrayna PUA-sını ələ keçirdi

 22:47 01.04.2024     308

Rusiya hava hücumundan müdafiə sistemləri Qara dəniz üzərində altı Ukrayna təyyarəsi tipli pilotsuz təyyarəni ələ keçirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Aprelin 1-də Moskva vaxtı ilə saat 19:30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynanın pilotsuz uçuş aparatları Qara dəniz üzərində ələ keçirilib”, - nazirlikdən bildiriblər.

Turan İSMAYIL