İsrailin hava hücumunda İranın 2 generalı, 5 zabiti ölüb - SEPAH təsdiqlədi

 23:07 01.04.2024     278

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dəməşqdəki İran konsulluğuna İsrailin endirdiyi zərbə nəticəsində iki general və beş zabitin öldüyünü təsdiqləyib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

“Bir neçə saat əvvəl fırıldaqçı sionist rejimin (İsraili nəzərdə tutur – red.) təyyarəsi yeni cinayət törədib və İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun binasına raket zərbəsi endirib”, – SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsi bildirib.

“Bu cinayət nəticəsində İranın Suriyadakı yüksək rütbəli hərbi məsləhətçiləri briqada generalı Məhəmməd Rza Zahedi və briqada generalı Məhəmməd Hadi Hacı Rəhimi, həmçinin onları müşayiət edən beş zabit şəhid olublar”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Tehran İsrailin Dəməşqə raket hücumuna sərt cavab verəcəyini açıqlayıb.

Turan İSMAYIL