Türkiyədə terror aktı hazırlayan Tacikistan və Qırğızıstan vətəndaşları SAXLANILDI

 23:32 01.04.2024     259

Türkiyə hüquq-mühafizə orqanları İŞİD adından terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat verib.

Təhlükəsizlik rəsmiləri yaraqlıların Türkiyədə terror aktı törətməyi planlaşdırdıqlarını iddia edir. Dindirildikdən sonra məhkəmə qarşısına Tacikistan vətəndaşı, 37 yaşlı Faziljon A. və Qırğızıstan vətəndaşı, 41 yaşlı Zülfiyyə S. gəlib, sonuncu artıq ölkədən deportasiya edilib.

Baxış zamanı onlardan jandarma forması, polis jileti və papaq, avtomobil radiosu, həmçinin təlimatları olan elektron materiallar aşkar edilib. Terror aktına hazırlıq gedirdi.

Yusif EYVAZLI