HƏMAS İsrailin İran konsulluğuna hücumunu pislədi

 23:51 01.04.2024     290

Fələstinin HƏMAS hərəkatı İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna zərbə endirməsini pisləyib və bununla bağlı Suriya və İranla həmrəy olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın rəsmi "Telegram" kanalında dərc olunub.

"HƏMAS İsrailin Suriyanın paytaxtında İran konsulluğunun binasına yönəlmiş və nəticədə bir neçə iranlı diplomat və hərbi müşavirinin həlak olması ilə nəticələnən təcavüzkar hərəkətlərini kəskin şəkildə pisləyir. Biz İran və Suriya ilə həmrəyliyimizi bildiririk və BMT Təhlükəsizlik Şurası İsraili cilovlamaq üçün təsirli tədbirlər görsün”, - sənəddə deyilir.

HƏMAS əlavə edib ki, konsulluğa hücumu “beynəlxalq hüququn açıq şəkildə pozulması, Suriya və İranın suverenliyinə qəsd, həmçinin İsrail tərəfindən təhrik edilən növbəti eskalasiya mərhələsi” hesab edir.

Turan İSMAYIL