İspaniyanın Baş naziri Qəzzada könüllülərin ölümündən dəhşətə gəlib
İspaniyanın Baş naziri Pedro Sançes İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbə nəticəsində "World Central Kitchen" humanitar təşkilatının yeddi əməkdaşının ölümündən dəhşətə gəldiyini bildirib.
Redaktor.az xəbər verir ki, Baş nazir bu barədə X-də (keçmiş tviter) yazıb.
O, hadisə ilə əlaqədar səmimi başsağlığını bildirib.
Öz növbəsində X-də İspaniyanın xarici işlər naziri Xose Manuel Albares də Qəzzaya atəşkəs və humanitar yardım axını tələb edib.
Bundan əvvəl “The Times of Israel” Fələstin mənbələrinə istinadən xəbər vermişdi ki, Qəzza zolağının mərkəzində Deyr əl-Bəlahın cənubunda avtomobilin hücumu nəticəsində “World Central Kitchen” əməkdaşları həlak olublar. İsrail Müdafiə Qüvvələri də öz növbəsində hadisənin şəraitini ən yüksək səviyyədə hərtərəfli təhlil etdiyini bildirib.
Turan İSMAYIL