Fransada müəllimlər nümayişlərə başlayır

 14:04 02.04.2024     211

Fransada kollec və liseylər üzrə ilk həmkarlar ittifaqı (Snes-FSU) müəllimləri yenidən tətilə çağırıb.

Redaktor.az xəbər verir ki, ittifaq orta və ali məktəblərin müəllimlərini səfərbər olmağa səsləyib.

Bundan sonra Snep-FSU, SUD Education, CGT Educ'action və FNEC-FP FO kimi bir neçə həmkarlar ittifaqları da tətil və nümayiş çağırışına qoşulublar. Tətilçilər dövlət məktəblərində səviyyə qruplarının ləğvini, məktəblərə daha çox resurs ayrılmasını tələb edirlər. Müəllimlər, həmçinin lüzumsuz islahatların ləğv olunmasını, maaşlarının artırılmasını istəyirlər.

Paris bölgəsindəki Seine-Saint-Denis departamentində “səviyyə qruplarının” yaradılmasına qarşı çıxan müəllim heyətinin təhsil üçün fövqəladə plan tələbi diqqət mərkəzində olacaq. Ötən həftənin sonunda milli təhsil naziri həmin departamentin 12 deputatından 9-nu qəbul edib. Deputatlar bildiriblər ki, nazir müəllimlərin etiraz hərəkatının miqyasını düzgün qiymətləndirmir.