"İsrailin İran konsulluğuna hücumu təcavüz aktıdır" - Kreml
İsrailin Dəməşqdə İran səfirliyi kompleksinin yerləşdiyi diplomatik məhəlləyə zərbə endirməsi beynəlxalq hüquq normalarını pozan təcavüz aktıdır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsü İranın Suriyadakı səfirliyinə endirilən zərbəni şərh edərkən deyib: “Biz nəticə çıxarmağa tələsməzdik, lakin istənilən halda belə zərbələrin həyata keçirilməsi beynəlxalq hüququn pozulması və təcavüz aktıdır”.
Turan İSMAYIL