"İran Dəməşq konsulluğuna hücuma görə İsraili peşman edəcək" - Ayətullah Əli Xamenei

 14:18 02.04.2024     267

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) iki yüksək rütbəli generalının ölümü ilə nəticələnən Dəməşqdəki İran konsulluğuna hücuma görə İsraili peşman edəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamenei deyib.

“Alçaq rejim igid xalqımızın əli ilə cəzasını alacaq. Biz onları bu cinayətə görə peşman edəcəyik”, - Xameneinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Xatırladaq ki, ötən gün İsrailin Dəməşqdəki İran konsulluğuna endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı (briqada generalı Məhəmməd Rza Zahedi və briqada generalı Məhəmməd Hadi Hacı Rəhimi) və beş zabiti ölüb.

Turan İSMAYIL