Rusiyada sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxdı

 15:08 02.04.2024     223

Rusiyada "Krasavia" aviaşirkətinə məxsus An-24 sərnişin təyyarəsi eniş etdikdən sonra uçuş-enmə zolağından çıxıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

İlkin məlumata görə, hadisə təxminən saat 15:00-da (Bakı vaxtı ilə 12:00) Krasnoyarsk diyarının Turuxanski rayonundakı Svetloqorsk hava limanında Krasnoyarskdan müntəzəm uçuş həyata keçirən "Krasavia" aviaşirkətinə məxsus təyyarənin enişindən sonra baş verib.

Təyyarənin göyərtəsində ikisi azyaşlı olmaqla 15 sərnişinin olduğu qeyd edilir. “Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir. Uçuşların təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrası ilə bağlı yoxlama təşkil edilib”, - deyə idarədən bildirilib.

Turan İSMAYIL