Ukrayna PUA-sı Belqoroda hücum etdi
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Dolqoe kəndinə hücum etmək üçün yenidən pilotsuz təyyarədən istifadə edib.
Redaktor.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.
"Valuyski şəhər rayonunun Dolqoye kəndi Ukrayna Silahlı Qüvvələrinin PUA-dan istifadə edərək təkrar hücumuna məruz qalıb. Partlayıcı qurğunun yerə atılması nəticəsində itki olmayıb, bir minik avtomobili zədələnib", - o yazıb.
Qeyd edək ki, bundan əvvəl də Qladkov bu kəndin pilotsuz təyyarə ilə hücuma məruz qaldığını bildirmişdi. Hadisə zamanı xəsarət alan olmayıb, iki fərdi yaşayış binasının şüşələri sınıb, bir avtomobilə ziyan dəyib.
Turan İSMAYIL