"Miqrasiya siyasətinə yanaşmaları köklü şəkildə yeniləməliyik" - Putin göstəriş verdi
Rusiya Prezidenti Vladimir Putin Rusiyada miqrasiya siyasətinə yanaşmaların dəyişdirilməsi ilə bağlı göstəriş verib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Daxili İşlər Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib.
"Biz miqrasiya siyasətinə yanaşmaları dərindən, köklü şəkildə yeniləməliyik. Mən Daxili İşlər Nazirliyindən, digər hüquq-mühafizə orqanlarımızdan və xüsusi xidmət orqanlarından hökumət və Prezident Administrasiyası ilə birlikdə bütün bu məsələləri hərtərəfli və ətraflı şəkildə işləyib hazırlamağı xahiş edirəm”.
Rusiya lideri göstəriş verib və əlavə edib ki, prioritet qərarların siyahısını təqdim etmək lazımdır.
Turan İSMAYIL