Bu ölkədə "Telegram"a girişdə problem yaşanır

 20:52 02.04.2024     346

Rusiyada "Telegram"da nasazlıq yaranıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, istifadəçilərin əksəriyyəti mobil proqramın nasazlığından şikayətlənib.

Ən çox şikayətlər Moskva vilayətindən (28 faiz), həmçinin Sankt-Peterburq və Leninqrad vilayətindən (14 faiz) daxil olub. Nijni Novqorod və Sverdlovsk vilayətlərindən, Krasnodar diyarından və ölkənin digər bölgələrindən olan istifadəçilər də messencerlə bağlı problemlər barədə məlumat veriblər.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən