Çin liderindən Baydenə: "Qırmızı xətti" keçmək olmaz
Çin lideri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib ki, Tayvan məsələsi iki ölkə arasında münasibətlərdə “qırmızı xətt”dir.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Çin liderinin sözlərinə görə, bu xətti “keçmək olmaz”.
“Biz Tayvanın müstəqilliyini müdafiə edən qüvvələrin separatçı fəaliyyətinə və xarici qüvvələrin dəstəyinə göz yummayacağıq” - Cinpin deyib.
Çin lideri ümid etdiyini bildirib ki, Birləşmiş Ştatlar Baydenin “Tayvanın müstəqilliyinə” dəstək verməmək barədə müsbət bəyanatını həyata keçirəcək.
Turan İSMAYIL