Qəzza zolağında müharibədən dəyən zərərin MƏBLƏĞİ

 21:33 02.04.2024     309

Dünya Bankı və BMT münaqişə nəticəsində 2023-cü ilin oktyabrından Qəzza zolağının infrastrukturuna dəymiş ziyanı qiymətləndirib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə birgə hesabatda deyilir.

Beynəlxalq qurumlar Qəzzanın kritik infrastrukturuna dəyən zərərin həcmini təxminən 18,5 milyard dollar qiymətləndiriblər.

“Bu həcm 2022-ci ildə İordan çayının qərb sahili və Qəzza zolağının ümumi ÜDM-nin 97 faizinə bərabərdir ”, - sənəddə deyilir.

Yusif EYVAZLI