“Yeşilçam”ın məşhur rejissoru vəfat etdi

 22:27 02.04.2024     241

“Yeşilçam”ın məşhur prodüser və rejissoru Türker İnanoğlu vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat paylaşıb.

1936-cı ildə Türkiyənin Safranbolu vilayətində anadan olan Türker İnanoğlu 65 il türk kinosuna töhfə verib.

Əfsanəvi prodüser İnanoğlu çoxsaylı film və serial layihələrində iştirak edib.

Onun filmoqrafiyasına “Kayıp kızlar”, “Kördüğüm”, “Üç kağıtçılar”, “Yumurcak” kimi məşhur filmlər daxildir.

İnanoğlunun “Arka Sokaklar”, “Yabancı Damat”, “Cennet Mahallesi”, “Akasya Durağı” və s. seriallarında da böyük töhfələri olub.

Qeyd edək ki, Türker İnanoğlu həm də məşhur aktyor Sezer İnanoğlunun (Sezercik) əmisi idi.